“İntertek Makina” Azərbaycan Filialı
“Uygunlar DIS TİCARET A.Ş” qrupuna daxil olan filialımız 18 ildən artıqdır ki, yol tikintisi və inşaat üzrə ixtisaslaşmış nəqliyyat vasitələri və xüsusi texnikaların satışını, texniki xidmətini və ehtiyat hissə təminatını həyata keçirir. Bakı, Yeni Yasamalda yerləşən ofisimiz vasitəsilə Çin, Türkiyə və Avropanın qabaqcıl brendlərini müştərilərimizə təqdim edir və yüksək xidmət səviyyəsi ilə onların etibarını qazanırıq.